İdman

Ronaldinyo yaşıl meydana qayıdır - Tarix açıqlandı

12 Nov 2026, 17:00 2 baxış
Ronaldinyo yaşıl meydana qayıdır - Tarix açıqlandı
Braziliya futbolunun əfsanəsi Ronaldinyo 46 yaşında futbol meydanlarına qayıdır. Oxu.Az xəbər verir ki, sabiq futbolçu noyabrın 15-də İtaliyanın "Ravenna" klubunun heyətində rəsmi matçda iştirak edəcək. İtaliyanın üçüncü divizionunda çıxış edən komanda həmin gün öz meydanında "Forli" ilə qarşılaşacaq. Görüş "Bruno Benelli" stadionunda Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. "Ravenna"nın prezidenti İqnatsio Çiprianinin açıqlamasına görə, Ronaldinyo məhz bu derbidə komandanın formasını geyinəcək. Klub da rəsmi kanalları vasitəsilə braziliyalı ulduzun meydana qayıdacağını təsdiqləyib. Qeyd edək ki, Ronaldinyonun son rəsmi oyunu 2015-ci il sentyabrın 26-da "Fluminense"nin heyətində "Qoyas"a qarşı olub. O, həmin görüşdə fasilədə əvəzlənib. Beləliklə, braziliyalı futbolçu 11 ildən çox müddətdən sonra yenidən rəsmi matçda meydana çıxacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər