Cəmiyyət

Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi

12 Nov 2026, 16:51 2 baxış
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. Oxu.Az xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonra ailənin bütün üzvləri günorta saatlarında öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar. İqbal Ziya "Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan Oxu.Az-ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb: "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir. AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir". Aygün Mirakif Lənkəran rayonunda kütləvi zəhərlənmə baş verib. Oxu.Az xəbər verir ki, 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bildirilir ki, onlardan üçü azyaşlıdır. Həmin şəxslərin qidadan zəhərləndiyi ehtimal olunur. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər