Cəmiyyət
Pilotlarımızın hazırlığı üçün daha beş "Cessna 172 S" təyyarəsi alınacaq
"Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot təlim keçib". Oxu.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırlıq mərkəzi 2024-cü ildə təlim təşkilatı statusunu əldə edib: "Gələcəkdə yerli pilotların hazırlanması potensialının gücləndiriləcək. Hazırda bizdə beş ədəd "Cessna" hava gəmisi var. Bu ilin sonunda bir ədəd "Cessna" hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək". O qeyd edib ki, hazırda 41 nəfər Qəbələ Beynəlxalq Hava Limanında stajor pilotlar təlim keçir: "2024-cü ildən indiyədək 17 pilot artıq AZAL sərnişin aviaşirkətinə təhvil verilib". "Azərbaycanda pilotların təlimi məqsədilə daha beş ədəd "Cessna 172 S" tipli təyyarənin alınması planlaşdırılır". Oxu.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində bu tipli beş təyyarə mövcuddur: "Əlavə beş təyyarənin alınması ilə onların sayının 10-a çatdırılması nəzərdə tutulur". O bildirib ki, şirkət "Cessna 172 S" tipli hava gəmilərinə həm baza, həm də operativ texniki xidmət göstərir: "Bu xidmətlərə mühərriklərin və qanadların çıxarılması, eləcə də yenidən quraşdırılması daxildir. ABŞ istehsalı olan bu təyyarələr Almaniya istehsalı mühərriklərlə təchiz edilib. Onlar dizel və aviasiya yanacağı ilə işləyir".

Mənbə
oxu.az