Siyasət
Sülhə doğru mürəkkəb yol: ABŞ və İranın israrlarının nəticəsi nə olacaq?
"İran parlamentinin sədri və danışıqlar üzrə əsas nümayəndəsi Məhəmmədbağır Qalibafın "Əl-Cəzirə"yə verdiyi müsahibədə Tehranın tələblərini Qətər vasitəsilə Vaşinqtona çatdırdığını bildirməsi əslində diplomatik kanalların hələ də açıq olduğunu göstərir". Bunu Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. O bildirib ki, ABŞ-dən rəsmi və konkret cavabın alınmaması tərəflər arasında razılaşmaya gedən yolun kifayət qədər mürəkkəb olduğunu da təsdiqləyir:
"Tehranın irəli sürdüyü şərtlər mahiyyət etibarilə özündə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, müharibədən sonrakı siyasi və iqtisadi münasibətlərin yeni əsaslarla qurulmasını ehtiva edir. Dəniz blokadasının və neft sanksiyalarının aradan qaldırılması, dondurulmuş maliyyə vəsaitlərinin qaytarılması, bütün cəbhələrdə döyüşlərin dayandırılması və müharibənin başa çatdığının rəsmən elan edilməsi İranın danışıqlara hansı mövqedən yanaşdığını nümayiş etdirir. Tehran faktiki olaraq atəşkəsdən daha geniş təminatlar əldə etməyə və müharibə nəticəsində yaranmış strateji vəziyyəti öz maraqları çərçivəsində dəyişməyə çalışır. İki ölkə arasındakı əsas ziddiyyət isə tələblərin məzmunundan əlavə, onların hansı ardıcıllıqla icra edilməli olmasıdır. İran əvvəlcə ABŞ-nin blokada və sanksiyalarla bağlı addımlar atmasını, bundan sonra nüvə məsələlərinin müzakirəsinə başlanılmasını istəyir. ABŞ isə nüvə proqramını danışıqların ilkin mərhələsinə daxil etməyə çalışır. Bu yanaşmalar arasındakı fərq tərəflərin bir-birinə etimadının aşağı səviyyədə olduğunu göstərir. Vaşinqton nüvə məsələsində konkret təminatlar əldə etmədən iqtisadi və siyasi güzəştlərə getmək istəmir, Tehran isə əvvəlcədən güzəştə getməyin danışıqlarda mövqelərini zəiflədəcəyindən ehtiyatlanır". Ekspertin sözlərinə görə, nüvə məsələsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin açıqlaması isə danışıqların ən həssas istiqamətini ortaya qoyur: "Onun İranın zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına razı olmayacağı barədə bəyanatı Tehranın bu məsələni milli suverenlik və strateji təhlükəsizlik məsələsi kimi təqdim etdiyini göstərir. İranın bu mövqeyini Moskvaya da çatdırması Rusiyanın mümkün vasitəçilik rolunu müəyyən qədər məhdudlaşdırır. Halbuki Moskva nüvə materiallarının Rusiyaya ötürülməsi kimi variantlarda potensial vasitəçi ola bilərdi. Belə vəziyyətdə bundan sonrakı addımların konkret hansı ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir və müxtəlif ssenarilər mümkündür. İlk və nisbətən konstruktiv ssenari Qətərin vasitəçiliyi ilə mərhələli razılaşmanın əldə olunmasıdır. Bu halda tərəflər əvvəlcə blokada, atəşkəs və humanitar məsələlər üzrə məhdud razılaşmaya gələ, daha sonra sanksiyaların yumşaldılması və nüvə proqramı ilə bağlı mürəkkəb məsələləri müzakirə edə bilərlər. Bu baş verməyəcəyi halda danışıqların uzanması və tərəflərin qarşılıqlı təzyiq siyasətini davam etdirməsinə şahidlik edə bilərik. Belə vəziyyətdə İran Hörmüz boğazı üzərindəki mövqeyindən, ABŞ isə iqtisadi və hərbi üstünlüklərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq. Bu isə enerji bazarlarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, regionda yeni hərbi toqquşma riskini də saxlayacaq". R.Bayramov vurğulayıb ki, bu, üçüncü mərhələdə diplomatik prosesin nəticəsiz qalması və hərbi qarşıdurmanın yenidən alovlanması ilə sonlana bilər: "ABŞ nəyin bahasına olursa-olsun İranın nüvə potensialının aradan qaldırılmasında maraqlıdır. Əgər bütün təzyiqlərə və son olaraq elan olunan, özündə İranın tamamilə iqtisadi təcridini ehtiva edən "Dəmir Qapı" planına da baxmayaraq İran müvafiq razılaşmaya getməyəcəksə, o zaman yeni hərbi əməliyyatlar da qaçılmaz olacaq. ABŞ-Çin-Rusiya görüşündə İran məsələsinin müzakirə ehtimalına gəldikdə isə bəli, belə bir görüşün İran məsələsini də böyük güclərin gündəliyinə gətirməsi mümkündür. İran məsələsinin burada müzakirəsi xüsusilə Rusiyanın vasitəçilik imkanları, Çinin Tehranla iqtisadi əlaqələri və ABŞ-nin nüvə təhlükəsizliyi ilə bağlı tələbləri baxımından məntiqli görünür. Ancaq Pekinin İran böhranının birbaşa tərəfinə çevrilmək istəməməsi və Moskvanın Ukrayna məsələsinə üstünlük verməsi bu mövzunun üçtərəfli görüşün əsas gündəliyinə çevrilməsini çətinləşdirə bilər. Başqa sözlə, İran məsələsi böyük güclər arasında ayrıca diplomatik müzakirə mövzusu ola bilər, lakin onun həlli üçün əsas qərarlar yenə də Vaşinqton və Tehran arasında əldə ediləcək razılaşmadan asılı olacaq".

Mənbə
oxu.az