İdman
Urmiya voleybol komandası yeni qələbə qazandı
Noyabrın 11-də İran Voleybol Premyer Liqasının dördüncü həftəsinin oyunları çərçivəsində Urmiyanın "Şəhrdari" voleybol komandası Şərqi Azərbaycanın Vərziğan şəhərinin "Mes Süngün" komandası ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, görüş Təbrizin “Purşərifi” idman kompleksində keçirilib.
Qarşılaşma 3-0 hesabı ilə Urmiya təmsilçisinin xeyrinə başa çatıb.
Bununla da “Şəhrdari” komandası dörd oyundan 10 xal qazanaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mənbə
axar.az