İdman

"Mançester Yunayted" Maykl Kerriklə yollarını ayırdı

12 Nov 2026, 15:28 2 baxış
"Mançester Yunayted" Maykl Kerriklə yollarını ayırdı
İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Maykl Kerriklə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi mövsümə uğursuz başlanğıcdan sonra qarşıya qoyulan hədəflərə çatmaq üçün baş məşqçi dəyişikliyinin zəruri olduğu qənaətinə gəlib. "Mançester Yunayted" Maykl Kerrikin klub tarixində əfsanəvi futbolçulardan biri olduğunu vurğulayaraq, onun həm futbolçu, həm də məşqçi kimi nümayiş etdirdiyi peşəkarlığı və fədakarlığı yüksək qiymətləndirib. Xatırladaq ki, Kerrik 2026-cı ilin yanvarında Ruben Amorimin gedişindən sonra "Mançester Yunayted"ə rəhbərlik etməyə başlayıb. Mayda isə onunla 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Mütəxəssis komandanın baş məşqçisi kimi ümumilikdə 32 oyuna çıxıb. Bu oyunlarda 15 qələbə qazanan kollektiv 8 bərabərlik edib və 9 dəfə məğlub olub. Qeyd edək ki, "Mançester Yunayted"in baş məşqçi postuna əsas namizədlərdən biri ABŞ millisinin çalışdırıcısı Maurisio Poçettinodur. Məlumata görə, tərəflər arasında danışıqlar aparılır.
"Mançester Yunayted" Maykl Kerriklə yollarını ayırdı
Mənbə oxu.az

Oxşar Xəbərlər