İdman
Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu - Foto
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub. Cüdoçumuz finala gedən yolda İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) məğlub edib. +100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov da yarışı məğlubiyyətsiz başa vurub. O, finalda Serbiya təmsilçisi Vidak Malyeviçə qalib gələrək titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov finala gedən yolda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib. Beləliklə, Azərbaycan millisi fərdi yarışları üç qızıl medalla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub. Daha əvvəl İslam Rəhimov da (-66 kq) ardıcıl ikinci dəfə U-23 Avropa çempionu adını qazanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az