İdman

"Fənərbağça" azarkeşlərini məyus etdi, iki dəqiqəyə iki qol buraxdı - Video

31 Oct 2026, 22:28 2 baxış
"Fənərbağça" azarkeşlərini məyus etdi, iki dəqiqəyə iki qol buraxdı - Video
Türkiyə Super Liqasının X turunda "Fənərbağça" doğma meydanda "Göztəpə"yə 1:2 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Oxu.Az xəbər verir ki, "Çobani" stadionunda keçirilən matçda meydan sahiblərinin heyətində Matteo Genduzi 45+1-ci dəqiqədə hesabı açıb. "Göztəpə"nin heyətində isə 76-cı dəqiqədə Sinkler Armstronq, 78-ci dəqiqədə Andre Enrike fərqlənərək komandasına qələbə qazandırıblar. Ardıcıl ikinci məğlubiyyətini alan "Fənərbağça" çempionluq yarışında vacib xallar itirib. Komanda 16 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Ardıcıl dördüncü qələbəsini qazanan "Göztəpə" isə xallarının sayını 15-ə çatdıraraq doqquzuncu pilləyə yüksəlib. Növbəti matçında "Fənərbağça" noyabrın 4-də UEFA Çempionlar Liqası çərçivəsində İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Türkiyə çempionatının XI turunda "Fənərbağça" səfərdə "Çorum FK" ilə, "Göztəpə" isə doğma meydanda "Başakşəhər"lə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər