Dünya

Türkiyədə maliyyə sektorunda əməliyyat: Fond birjasının rəhbəri saxlanıldı

01 Nov 2026, 00:48 2 baxış
Türkiyədə maliyyə sektorunda əməliyyat: Fond birjasının rəhbəri saxlanıldı
İstanbul Fond Birjasının baş direktoru Korkmaz Enes Ergun Türkiyədə fond bazarı ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun kapital bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı başlatdığı araşdırma davam edir. Ergun cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda və rüşvət almaqda şübhəli bilinir.
Mənbə oxu.az

Oxşar Xəbərlər