Dünya
İran ABŞ və İsrailə xəbərdarlıq etdi: "Bu dəfə hücumu gözləməyəcəyik" - Foto
İran Silahlı Qüvvələri ölkəyə qarşı hər hansı hücum əlaməti müşahidə edəcəyi təqdirdə hücumun baş verməsini gözləmədən, coğrafi məhdudiyyət qoymadan daha böyük güclə cavab verəcək. Oxu.Az İran dövlət televiziyasına istinadən xəbər verir ki, ölkənin ali rəhbəri Müctəba Xameneinin yüksəkrütbəli hərbi rəsmilərlə görüşündən sonra Baş Qərargah rəisi Əli Abdullahi yazılı açıqlama yayıb. Abdullahi ali rəhbər Xameneinin əmrlərinə uyğun hərəkət edəcəklərini bildirib.
"İran Silahlı Qüvvələri ölkəni və İran xalqını müdafiə etməyə, Amerika və İsrail düşmənlərinə qarşı coğrafi məhdudiyyət olmadan, yeni və təkmilləşdirilmiş texnika və texnologiyalardan istifadə edərək böyük güc və qətiyyətlə mübarizə aparmağa hazırdır", - deyə o qeyd edib. Baş Qərargah rəisi hərbi hazırlıqları hər gün daha da gücləndirəcəklərini vurğulayıb. O, ABŞ və İsrailin hər hansı hücum təşkil edəcəyi təqdirdə onlara əvvəlki müharibədən daha şiddətli və təsirli, təsəvvür edilə bilməyəcək bir cavab verəcəklərini bildirib. Abdullahi mümkün hücum zamanı hədəflərin daha geniş coğrafiyanı əhatə edəcəyini və rəqiblərinin "yeni sürprizlə" qarşılaşacağını iddia edib. O əlavə edib ki, hər hansı hücum əlaməti müşahidə olunacağı təqdirdə hücumun baş verməsini gözləmədən dərhal, effektiv və coğrafi məhdudiyyət qoymadan cavab verəcəklər.

Mənbə
oxu.az