Kriminal

Bakıda restoranda kütləvi zəhərlənmə

01 Nov 2026, 00:56 3 baxış
Bakıda restoranda kütləvi zəhərlənmə

Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.


Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.


Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.


Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.


Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər