İdman
"Bayern" son dəqiqələrdə qələbəni əldən verdi: "Borussiya Dortmund"dan əzmkar heç-heçə
Almaniya Bundesliqasının 8-ci turunun mərkəzi qarşılaşmasında Münhendə "Bayern" və "Borussiya Dortmund" 2:2 hesablı heç-heçə ediblər. Oxu.Az xəbər verir ki, "Allianz Arena"da keçirilən görüşdə hesabı 38-ci dəqiqədə Konrad Laymer açıb. Seru Girassi 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Dayo Upamekano 66-cı dəqiqədə "Bayern"i yenidən önə çıxarıb. Fabio Silva isə 89-cu dəqiqədə vurduğu qolla "Borussiya Dortmund" təmsilçisinə bir xal qazandırıb. Qeyd edək ki, Harri Keyn 56-cı dəqiqədə penalti zərbəsindən yararlana bilməyib. Onun zərbəsindən sonra top qapı tirinə dəyib. Bu nəticədən sonra hər iki komandanın aktivində 18 xal var. "Bayern" top fərqinə görə turnir cədvəlinə başçılıq edir.
Mənbə
oxu.az