İdman
Qırmızı vərəqə alan Neymar sərt bəyanat verdi - Video
Braziliya A Seriyasının 32-ci turunda "Baiya" ilə qarşılaşmada (1:1) qırmızı vərəqə alan "Santos" futbol klubunun hücumçusu Neymar baş verən insidentlə bağlı sərt bəyanat verib. Oxu.Az bu barədə UOL nəşrinə istinadən xəbər verir.
Matçın 46-cı dəqiqəsində Neymar "Baiya"nın futbolçusu Rodriqo Nestor ilə danışarkən əli ilə ağzını bağlayıb. Nestor dərhal bu barədə referiyə şikayət edib. Qaydalara əsasən, meydanda bu şəkildə ünsiyyət qurmaq qadağan olunduğu üçün "Santos"un ulduz oyunçusu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. "Nestorun bu gün mənə qarşı etdiyini çox ciddi və təhlükəli hesab edirəm. Niyə ciddi? Çünki bu, irqçiliyə qarşı mübarizə üçün yaradılmış bir qanundur. O isə mənim ağzımı əlimlə örtməyimdən və ona heç bir söz deməməyimdən istifadə edərək oyunda üstünlük qazanmaq qərarına gəldi. Əlbəttə, biz bir-birimizi təhqir edirdik, sözlü atışma oldu - bu normaldır, futbolun bir hissəsidir. Lakin onun etdiyi çox ciddidir. Əgər bu, irqçiliyə qarşı yönəlmiş qanundursa, o bunu necə edə bilər? Bu reallıqdan uzaqdır, baş verənlərə görə çox kədərlənirəm, çünki bu, son dərəcə alçaq bir addım idi", - deyə Neymar vurğulayıb.

Mənbə
oxu.az