İdman
Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. Oxu.Az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir. Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür. Misli Premyer Liqası IX tur 25 oktyabr 15:00. "İmişli" - "Şamaxı" Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev. VAR: Əliyar Ağayev. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Yevlax şəhər stadionu. 18:00. "Sabah" - "Qarabağ" Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev. VAR: Kamranbəy Rəhimov. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Erkin Hüseynov. "Dalğa Arena". Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.
Mənbə
oxu.az
Oxşar Xəbərlər