Digər
Fransada sosial şəbəkələr bağlanır - Nazirdən təklif
Fransanın Baş naziri Sebastyan Lekornu davam edən iğtişaşlar fonunda sosial media platformalarına məhdudiyyətlər qoyulması ehtimalını irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə “Blast” məlumat yayıb.
“Lekornu xidmət təminatçılarından Tiktok, İnstaqram, Snapçat və X platformalarının bloklanması ehtimalına hazırlaşmağı xahiş edib.
O hesab edir ki, bu platformalar nümayişlər zamanı qanunsuz hərəkətlərə çağırışların yayılmasına və zorakılıq hallarının əlaqələndirilməsinə şərait yaradıb”, - məlumatda qeyd olunub.
Mənbə
axar.az