Digər

Britaniya 1000 günə müharibəyə hazır olmalıdır – Stritinq

25 Oct 2026, 14:53 2 baxış
Britaniya 1000 günə müharibəyə hazır olmalıdır – Stritinq

Britaniya qarşıdakı 1000 gün ərzində ehtimal olunan hərbi münaqişəyə hazır olmalıdır.


Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq “Telegraf” qəzetində dərc olunan məqaləsində yazıb.


“2030-cu ilə qədər potensial rəqiblər Britaniyaya hücum etmək üçün kifayət qədər hərbi və iqtisadi resurslar əldə edə bilərlər.


London silahlı qüvvələrinin modernləşdirilməsini sürətləndirməli, daxili istehsal imkanlarını genişləndirməli, həmçinin NATO müttəfiqləri və ABŞ ilə əməkdaşlığı gücləndirməlidir. Britaniya ordusu hələlik ehtimal olunan münaqişə üçün tələb olunan hazırlıq səviyyəsinə çatmayıb”, - nazir bildirib.


Qeyd edək ki, Böyük Britaniya hökuməti fövqəladə vəziyyətlərə hazırlıq məqsədilə əhalini üç günlük ərzaq və su ehtiyatı toplamağa çağırmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər