Digər

Ukrayna Kupyanskda rusların qarşısını bu yolla alır

25 Oct 2026, 14:32 2 baxış
Ukrayna Kupyanskda rusların qarşısını bu yolla alır

Ukrayna ordusunun PUA-lar və yeraltı tunellərdən istifadə etməklə həyata keçirdiyi əməliyyatlar Rusiyanı şimal istiqamətindən Kupyanska sızma taktikası tətbiq etmək imkanından məhrum edir.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun son hesabatında qeyd olunub.


“Ukrayna ordusu Radkovkadan Qolubivkanın şimal-şərqindəki əraziyə qədər uzanan yeraltı boru xəttinin bir hissəsinə nəzarəti ələ keçirib. Məhz bu ərazidə boru xətti Oskol çayının altından keçir. Bu, Rusiyanın Kupyanskın şimal hissəsinə çatmasının qarşısını alır. Bu taktikanın hava üstünlüyünün qorunub saxlanması ilə birləşdirilməsi, Rusiyanın Kupyanska daxil olmaq üçün əməliyyatlar aparmasına imkan vermir”, - məlumatda qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər