İdman
"Qalatasaray" futbolçularına "Fənərbağça" üzərində qələbə üçün böyük mükafat vəd olundu
"Qalatasaray" futbol klubunun rəhbərliyi "Fənərbağça" ilə derbi oyunu öncəsi futbolçular üçün mükafat məbləğini artırıb. Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadən xəbər verir. "Qalatasaray" rəhbərliyi UEFA Çempionlar Liqasında səfərdə "Lill"i 4:2 hesabı ilə məğlub etdikdən sonra futbolçulara ümumilikdə 700 min avro mükafat ayırmaq qərarına gəlmişdi. Klub prezidenti Dursun Özbek komandanın derbidə qələbə qazanacağı təqdirdə oyunçulara ümumilikdə 1.5 milyon avro mükafat veriləcəyini açıqlayıb. Qeyd edək ki, oktyabrın 26-da "Qalatasaray" Türkiyə Superliqasının 9-cu turu çərçivəsində evdə "Fənərbağça"nı qəbul edəcək.
Mənbə
oxu.az