Cəmiyyət

Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - Video

25 Oct 2026, 14:48 2 baxış
Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - Video
Biləsuvar şəhərində yağan güclü yağış bazarın bir hissəsinin su altında qalmasına səbəb olub. Oxu.Az-a bu barədə rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, su, əsasən, bazarda kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyi əraziyə dolub. Nəticədə həmin hissədə su yığıntıları yaranıb və bazarda hərəkət çətinləşib. Qeyd edək ki, hal-hazırda rayon ərazisində yağışlı hava şəraiti hökm sürür. İqbal Ziya
Mənbə oxu.az

Oxşar Xəbərlər