Dünya

Hörmüz boğazında gərginlik: 4,5 milyon bareldən çox neft daşıyan iki tanker sıradan çıxdı

24 Oct 2026, 00:52 2 baxış
Hörmüz boğazında gərginlik: 4,5 milyon bareldən çox neft daşıyan iki tanker sıradan çıxdı
Hörmüz boğazının cənub hissəsindən icazəsiz keçməyə çalışan iki supertanker dəniz minalarına düşərək sıradan çıxıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb. "Bu günün əvvəlindən etibarən Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə hərəkət etməyə çalışan iki supertanker dəniz minalarına düşüb. Partlayışlar və güclü yanğın nəticəsində gəmilərin mühərrik bölmələri sıradan çıxıb və onlar hərəkətsiz qalıb", - deyə bəyanatda bildirilib. Qeyd olunub ki, tankerlər ümumilikdə 4.5 milyon bareldən çox xam neft daşıyırmış. Güclü partlayışlar və yanğın nəticəsində hər iki tanker hərəkət qabiliyyətini itirib. Gəmilərin ekipajları təxliyə olunub, tankerlər isə Hörmüz boğazının cənub sahillərində tərk edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər