Digər
Hörmüzdə iki supertanker minaya düşdü
Hörmüz boğazının cənub hissəsindən qanunsuz keçməyə çalışan iki supertanker dəniz minalarına dəydikdən sonra sıradan çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında deyilir.
"Hörmüz boğazının cənub marşrutundan icazəsiz keçməyə çalışan iki supertanker dəniz minasına dəyib və nəticədə partlayış və böyük yanğın baş verib", - deyə bildirilib.
Gəmilər ümumilikdə 4,5 milyon bareldən çox xam neft daşıyırdı. Güclü partlayışlar və böyük yanğınlar səbəbindən hər iki tanker dayanıb. Zədələnmiş gəmilərin heyəti təxliyə edilib.
Mənbə
axar.az