Dünya
Pentaqon UNO sirrini açan sənədləri yaydı: Obyekt havada dayanıb, sonra qəfil sürətlənib
ABŞ-də hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı ildə mat qara rəngli, üçbucaq formasında olan və qırıcı təyyarə sürəti ilə hərəkət edən naməlum uçan obyekt (UNO) müşahidə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Pentaqonun açıqladığı sənədlərdə məlumat verilib. Məxfiliyi ləğv edilmiş hesabatlardan birində qeyd olunur ki, mat qara üçbucağa bənzəyən naməlum obyekt təxminən 10 saniyə ərzində şaquli istiqamətdə yüksəlib. Daha sonra dağ silsiləsinin üzərində 60-90 metr hündürlükdə təxminən 20 saniyə hərəkətsiz qalıb və qəfil sürətlənərək uzaqlaşıb. Müşahidəçilərin sözlərinə görə, obyekt qırıcı təyyarə ilə eyni sürətlə hərəkət etsə də, heç bir səs çıxarmayıb. Onun qanadlarının açılışı 4-4.5 metr, uzunluğu isə 1.8-2.7 metr olub. Pentaqon eyni obyektə bənzər təsvirin yer aldığı Federal Təhqiqatlar Bürosunun (FTB) hesabatını da dərc edib. Sənəddə obyektin istilik şüalanmasının qeydə alındığı vurğulanıb. Hadisənin dəqiq harada və nə vaxt baş verdiyi isə açıqlanmayıb. ABŞ Müdafiə Nazirliyi bildirib ki, bu, naməlum uçan obyektlərlə bağlı məxfiliyi ləğv edilmiş arxiv məlumatlarının açıqlanmasına dair artıq yeddinci paketdir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər