Dünya

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oct 2026, 23:18 2 baxış
Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərhal istefa verməlidir", - deyə ABŞ prezidenti bildirib. Bundan əvvəl "Fox News" telekanalı federal istintaqın gedişi ilə tanış olan mənbələrə istinadən konqresmenin əsl adının İlhan Nur Səid Elmi olduğunu iddia edib. Jurnalistlərin dərc etdiyi məhkəmə sənədlərində siyasətçinin adının hər iki variantına rast gəlinir. Qeyd edək ki, İlhan Omarın nümayəndəsi siyasətçinin Konqresə seçilərkən və and içərkən guya başqa addan istifadə etməsi barədə ABŞ mediasında yayılan məlumatı təkzib edib.
Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı
Mənbə oxu.az

Oxşar Xəbərlər