Bu, dönüş nöqtəsidir, çünki ilk dəfədir ki... - Makron
Bu hadisə Fransada insanları irqi və ya onlara aid edilən dini mənsubiyyətə görə öldürmək məqsədilə planlaşdırılmış terror aktı kimi xüsusi əhəmiyyət daşıyır.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron oktyabrın 23-də Yvelin departamentinin Trappes şəhərinə səfəri zamanı Trappes və La Verrierdə baş verən, bir nəfərin ölümü və beş nəfərin yaralanması ilə nəticələnən hücumu dəyərləndirərkən deyib.
“Biz heç nədən geri çəkilməyəcəyik və güzəştə gedəsi heç nəyimiz yoxdur. Bu, dönüş nöqtəsidir, çünki ilk dəfədir ki, həmvətənlərimizi, uşaqlarımızı dəri rənglərinə və ya onlara aid edilən dini mənsubiyyətlərinə görə öldürmək məqsədilə terror aktı planlaşdırılıb”, – Makron vurğulayıb.