Cəmiyyət
AzTV üçün yeni bina tikiləcək - Video
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) yeni binasının tikintisi ilə əlaqədar ərazidəki ağacların vəziyyəti qiymətləndirilib. Oxu.Az AzTV-yə istinadən xəbər verir ki, ümumi sahəsi 1/8 hektar olan tikinti ərazisində ilkin baş plana əsasən, müəyyən sayda ağac tikinti layihəsinin ərazisinə düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qənbərovun sözlərinə görə, ərazidə ağacların inventarlaşdırılması aparılıb, qiymətləndirmə işləri yekunlaşdırılıb və müvafiq rəy verilib. O bildirib ki, tikinti layihəsinin ərazisinə düşən ağacların hər biri qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağacların isə başqa əraziyə köçürülməsi nəzərdə tutulur.

Mənbə
oxu.az