Digər

Moldova Rusiya diplomatını "arzuolunmaz şəxs" elan etdi

24 Oct 2026, 01:30 3 baxış
Moldova Rusiya diplomatını "arzuolunmaz şəxs" elan etdi

Moldova ölkə ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşməsi səbəbindən Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarından birini “persona non grata” (arzuolunmaz şəxs) elan edib.


Axar.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumata görə, Telenesti rayonunun Kiştelnitsa kəndində partlayıcı daşıyan PUA yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Bu səbəbdən diplomatlardan biri Moldovadan çıxarılacaq.


Moldova XİN hava məkanının pozulmasını qətiyyətlə pisləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər