Dünya

Tramp Rusiyada həbsdə olan ABŞ vətəndaşının azad edildiyini açıqladı

21 Oct 2026, 17:36 3 baxış
Tramp Rusiyada həbsdə olan ABŞ vətəndaşının azad edildiyini açıqladı
Prezident Donald Tramp Rusiyada həbsdə saxlanılan ABŞ vətəndaşı Stiven Habbardın Rusiya lideri Vladimir Putinlə apardığı danışıqlardan sonra heç bir məhbus mübadiləsi aparılmadan azadlığa buraxıldığını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri sosial şəbəkə hesabındakı məlumat verib. Ölkə başçısı açıqlamasında təxminən dörd il əvvəl, Co Baydenin administrasiyası illərində Rusiyada həbs edilən Habbardın sərbəst buraxıldığını ictimaiyyətə çatdırıb. O qeyd edib ki, Habbard artıq ölkəsinə qayıtmaq üçün yoldadır və yaxın vaxtlarda ailəsi ilə bir araya gələcək. Prosesin təfərrüatını bölüşən Tramp bildirib ki, Habbard ötən həftə Putinlə etdiyi telefon danışığı zamanı irəli sürdüyü birbaşa tələb əsasında azad edilib. "Rusiyaya dərhal sanksiyaların tətbiq edilməsini istəyən bir çox insan Stiven Habbardın sərbəst buraxılması məqsədilə danışıqlar apardığımı bilmədiklərini söyləyərək mənə zəng edib üzr istədilər. Əgər sanksiyalar tətbiq olunsaydı, bu danışıqlar mütləq şəkildə tamamilə dayanardı. Bayden Habbardın azad olunmasını çoxdan təmin etməli idi. Bir prezidentin necə fərq yaratdığı ortadadır!" - deyə Ağ Ev lideri vurğulayıb. Qeyd edək ki, 74 yaşlı ingilis dili müəllimi Stiven Habbard 2014-cü ildən etibarən Ukraynanın Xarkov vilayətində yaşayırdı. 2022-ci ildə Rusiya hərbçiləri tərəfindən saxlanılan Habbard 2024-cü ilin oktyabrında Rusiya məhkəməsi tərəfindən "Ukrayna adından muzdlu döyüşçü kimi fəaliyyət göstərmək" ittihamı ilə 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər