Cəmiyyət

Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

21 Oct 2026, 18:51 3 baxış
Özgündüz: Atatürkə dil uzadanlar Əliyevə də… - Video

“Azərbaycanda hicabı qadağan ediblər, hicab namusdur”, - deyənlər, rədd olun burdan, düşmənin casusları.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyə şiə-cəfəri icmasının lideri Şeyx Səlahəddin Özgündüz Azərbaycan əleyhinə çıxışlar edənlər barədə danışarkən deyib.


“Bir türk qəhrəmanından erməninin intiqamını almaq istəyirsiniz? Deyib ki, ibtidai və orta təhsildə bir məktəbli forması var və təhsil dünyəvidir. Yəni, bu qaydanın hüdudu budur. Namusuma kim əl uzada bilər? Namusumu erməninin altından qurtaran kimdir? Allahsızlar, kitabsızlar. Üzümüzü ağ elədi, başımızı dik etdi. Dünyada azəri türkü deyəndə səni adam yerinə qoymurdular. Bir Milli Qəhrəmandan bəhs edirik. Burada Mustafa Kamala dil uzadan tayfa kimdirsə, onlardır orada Qarabağ Fatehinə dil uzadanlar. Hicabı bəhanə edirlər”, - dini icma lideri söyləyib.


Mənbə axar.az

Oxşar Xəbərlər