Dünya

Zelenski ərazilərin bir hissəsini itirməklə sülhə razı olduğunu bəyan etdi

21 Oct 2026, 15:52 3 baxış
Zelenski ərazilərin bir hissəsini itirməklə sülhə razı olduğunu bəyan etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bəzi əvvəlki ərazilərini itirmək bahasına sülh müqaviləsi bağlamağa razı olub-olmadığı barədə verilən sualı müsbət cavablandırıb. Oxu.Az xəbər verir ki, dövlət başçısı "Fox News" kanalının müxbirinin "münaqişənin necə başlamasından asılı olmayaraq dövlətin 75 faizini və ya daha çoxunu qoruyub saxlamağı nəzərdə tutan razılaşmanı qəbul edərdimi" sualına belə reaksiya verib: "Bəli. Əgər biz hər şeyi elə bu an dondurmaq məcburiyyətindəyiksə, mənə elə gəlir ki, bu, müharibəni yekunlaşdırmaq üçün real yoldur".
Mənbə oxu.az

Oxşar Xəbərlər