Cəmiyyət

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oct 2026, 18:42 3 baxış
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Hökməli – Puta yolunda (Çingiz Mustafayev küçəsi) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 567 nömrəli müntəzəm marşrutun hərəkəti Qobu qəsəbəsinin Sona Salmanova küçəsi ilə, 553 nömrəli marşrutun hərəkəti isə "Yeni məhəllə" adlanan ərazi ilə təşkil edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər