Dünya

Təlim uçuşu qəza ilə bitdi: Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı

21 Oct 2026, 18:48 4 baxış
Təlim uçuşu qəza ilə bitdi: Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı
Rusiyanın "Su-30" qırıcı təyyarəsi Kalininqrad vilayətində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, təyyarə kimsəsiz əraziyə düşüb. Uçuş zamanı təyyarədə döyüş sursatı olmayıb. Təyyarənin heyəti katapult etməyi bacarıb. Pilotların həyatı üçün təhlükə yoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər