Kriminal
Bakıda minik avtomobili atla toqquşdu - Video
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. Oxu.Az xəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.
Mənbə
oxu.az