İdman

İstanbulda futbol oyunu da yarımçıq dayandırıldı

15 Oct 2026, 00:03 2 baxış
İstanbulda futbol oyunu da yarımçıq dayandırıldı

Türkiyə 1-ci Liqasının 10-cu turunda “Ümraniyəspor”la “Boluspor” arasında keçirilən qarşılaşma güclü yağış səbəbindən dayandırılıb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, matçın 70-ci dəqiqəsində oyunun davam etdirilməsi mümkün olmayıb. Həmin vaxt “Boluspor” 1-0 hesabı ilə öndə olub.


Qarşılaşmanın nə vaxt davam etdiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.


Qeyd edək ki, “Boluspor”da çıxış edən Azərbaycanın millisinin sabiq üzvü Elvin Yunuszadə bu matçın ehtiyat oyunçular siyahısında yer alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər