Cəmiyyət

Ermənilərin dəfn mərasimini atəşə tutmasından 6 il ötdü

15 Oct 2026, 00:16 2 baxış
Ermənilərin dəfn mərasimini atəşə tutmasından 6 il ötdü

Vətən müharibəsi dövründə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasından 6 il ötür.


Axar.az xəbər verir ki, 15 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutub.


Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olub, 4 nəfər isə ciddi xəsarət alıb.


Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulub, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər