Kriminal

Bakıda məktəbə hücum: mühafizəçi xəstəxanaya yerləşdirildi

14 Oct 2026, 22:43 4 baxış
Bakıda məktəbə hücum: mühafizəçi xəstəxanaya yerləşdirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.


Axar.az Trend-ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.


Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.


Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.


Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər