Dünya
Volodimir Zelenski İlon Maska müraciət etdi
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskdan Ukraynada "Starlink" peyk rabitəsi sistemini aktivləşdirməsini istəyib. Oxu.Az xəbər verir ki, Zelenski bu barədə britaniyalı aparıcı Pirs Morqanın "Senzurasız" ("Uncensored") verilişində danışıb. "Starlink"in sürəti azalırsa, nə baş verdiyi aydındır. Biz İlon Maskdan onu aktivləşdirməsini xahiş edirik", - deyə Zelenski bildirib. Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri müşaviri Sergey Sternenko oktyabrın 14-nə keçən gecə "Starlink" terminallarının işində məhdudiyyətlər tətbiq olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qurğuların sürəti saatda 160 kilometrdən çox olduqda rabitə kəsilməyə başlayıb və bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm əməliyyatları baş tutmayıb. Keçmiş məmur hesab edir ki, "SpaceX" şirkəti bu addımı ABŞ prezidentinin administrasiyasının müraciətindən sonra atıb.
Mənbə
oxu.az