Kriminal

32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14 Oct 2026, 18:56 1 baxış
32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
Oktyabrın 13-də 32 Azərbaycan vətəndaşı "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər