Digər
Husilər 700-dən çox döyüşçünü əsir götürdü
Yəməndəki üsyançı husilər (Ənsarullah) ölkənin cənub-qərbindəki Taiz əyalətində baş verən toqquşmalar zamanı ordunun 700-dən çox hərbçisini əsir götürüblər.
Axar.az xəbər verir ki, bu barədə Ənsarullah hərəkatının nümayəndəsi Əbdülqadir əl-Murtəza deyib.
"Bu toqquşma zamanı silahlı qüvvələr Taiz cəbhəsində 700-dən çox insanı əsir götürə biliblər. Onların arasında komandirlər də var”, - deyə o bildirib.
Qeyd edək ki, 12 oktyabrda husilər Taiz əyalətində bir neçə rayon üzərində nəzarəti ələ keçirdiklərini və hökumət qüvvələrini qovduqlarını elan ediblər.
Mənbə
axar.az