Dünya

Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto

12 Oct 2026, 18:52 1 baxış
Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto
Prezident Donald Tramp oğlu, kiçik Donald Trampın keçmiş nişanlısı Kimberli Qilfoylu bir sıra uyğunsuz davranış iddialarından sonra ABŞ-nin Yunanıstandakı səfiri vəzifəsindən uzaqlaşdırıb-uzaqlaşdırmamaqla bağlı qiymətləndirmə aparır. Oxu.Az-ın "TRT Haber" nəşrinə istinadən xəbərinə görə, bu barədə məsələdən məlumatlı olan mənbə bildirib. Məlumata görə, Tramp, böyük oğlu Donald Trampla dörd il nişanlı qalan Kimberli Qilfoylun səfir olaraq dəbdəbəli hədiyyələr qəbul etdiyi və Senatın təsdiqindən əvvəl administrasiya səlahiyyətliləri ilə görüşmək müqabilində pul istədiyi iddialarını araşdırır. Mənbənin bildirdiyinə görə, Trampın Qilfoylu vəzifəsindən uzaqlaşdırmaq barədə qərarını tez zamanda verməsi gözlənilir. Qeyd edilir ki, ABŞ prezidenti CNN-nin müvafiq iddialarla bağlı suallarına cavabında Qilfoylu müdafiə etməyib. "Bu barədə yeni eşitmişəm, heyif, yəni bilmirəm. Sadəcə bir az xəbərim oldu. Çox şey bilmirəm, amma o, həmişə çox mədəni idi", - deyə Tramp vurğulayıb. Kimberli Qilfoyl nişanlısından ayrıldıqdan sonra da Tramp ailəsinə yaxın qalmağa davam edib və Yunanıstanda bu nüfuzlu vəzifəyə təyin edilib. Prezidentin və oğlunun müttəfiqləri hadisəni utancverici hesab etsələr də, Kimberli Qilfoyl barəsində hansısa tədbirin görülüb-görülməyəcəyi hələlik dəqiq deyil.

Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto Tramp Yunanıstana səfir təyin etdiyi keçmiş gəlinini işdən çıxarır? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər