Kriminal

12 yaşlı şagird özünü məktəb binasından atdı - Səbəb

12 Oct 2026, 18:56 1 baxış
12 yaşlı şagird özünü məktəb binasından atdı - Səbəb

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Mədinə Ruslan qızı Nəbiyeva bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.


Axar.az APA-ya istinadla xəbər verir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.


Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.


Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.


Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

Mənbə axar.az

Oxşar Xəbərlər