Cəmiyyət
Bunu Azərbaycandan bu yolla daha ucuza alırıq - Kobaxidze
Aparılan səmərəli danışıqlar nəticəsində vasitəçi olmadan Azərbaycandan elektrik enerjisini daha ucuza almaq mümkün oldu. Əvvəlki qiymətlə müqayisədə, vasitəçi şirkətin bağlanması səbəbindən indi elektrik enerjisinə 0,02 sent az pul ödəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazir İrakli Kobaxidze Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı suala cavab olaraq deyib.
Onun sözlərinə görə, qənaət tamamilə sistemin təkmilləşdirilməsinə və elektrik ötürücü xətlərinin gücləndirilməsinə sərf olunacaq:
“Təbii ki, idxal qiymətlərinin azalması da tarifə təsir edəcək”.
Mənbə
axar.az