Siyasət

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

12 Oct 2026, 19:05 1 baxış
İqnasio Kassis bu dəfə Ermənistana gəlir

İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək.


Axar.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Məlumata görə, Kassis oktyabrın 15-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək.


Bundan bir gün sonra isə Kassis Tiflisə səfər edəcək və burada Gürcüstan Baş naziri İrakli Kobaxidze və həmkarı Maka Boçorişvili ilə bir araya gələcək.


Qeyd edək ki, Ermənistan və Gürcüstana səfərlər Kassisin regiona səfərinin ikinci hissəsidir. O, avqustun 3-dən 5-dək Azərbaycan və Türkmənistanda səfərdə olub.

Mənbə axar.az

Oxşar Xəbərlər