Dünya

Tbilisidə İran səfirinə küçə itləri hücum etdi: Diplomatın ayağı sındı

12 Oct 2026, 17:52 2 baxış
Tbilisidə İran səfirinə küçə itləri hücum etdi: Diplomatın ayağı sındı
Tbilisinin küçələrinin birində İranın Gürcüstandakı səfiri Əli Mocani sahibsiz itlərin hücumuna məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan kütləvi informasiya vasitələri yayıb. Səfir heyvanları özündən uzaqlaşdırmağa cəhd edərkən yerə yıxılıb və nəticədə ayağı sınıb. Ərazidə olan sakinlər ona ilkin tibbi yardım göstərərək, təcili tibbi yardım briqadasını çağırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər