Cəmiyyət

"Sabah"ın oyununa görə 18 marşrutun istiqaməti dəyişdirilir

12 Oct 2026, 19:24 2 baxış
"Sabah"ın oyununa görə 18 marşrutun istiqaməti dəyişdirilir

Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.


Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.


Məlumata görə, məhdudiyyət səbəbindən 18 müntəzəm marşrutun (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.


Marşrutların Sabunçu yol qovşağı istiqamətində hərəkəti Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə təşkil ediləcək. “Koroğlu” NMM istiqamətində isə avtobuslar Heydər Əliyev prospekti ilə hərəkət edəcək.


Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının əsas mərhələsində Çex Respublikasının "Slaviya" klubu ilə sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər