İqtisadiyyat

Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır"

12 Oct 2026, 16:26 5 baxış
Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır"
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır". Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes forumunda deyib. O bildirib ki, enerji məsələsi tərəflər arasında digər mühüm sahələrdən biridir: "Azərbaycan bu gün etibarlı qlobal enerji təchizatçısıdır. Boru kəmərləri vasitəsilə ölkədən təbii qaz alan ölkələrin sayı 16-dır. Mayeləşdirilmiş formada qaz qəbul edən ölkələrin sayı isə daha çoxdur. Bu gün SOCAR Avropa, ABŞ, Yaxın Şərq, Mərkəzi Asiya və daha geniş regionda investisiya fəaliyyəti ilə təmsil olunur. Kambocadakı tərəfdaşlarımızla birlikdə işləmək və əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdən məmnun olarıq və buna açığıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər