İqtisadiyyat
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
"Kamboca Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiyaya açılan qapı rolunu oynaya bilər". Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca biznes forumunda deyib. Nazir yeni sənədlərin imzalanacağının anonsunu verib: "İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında saziş hazırlanır və inanıram ki, tezliklə biz bunu da əldə edəcəyik. Bu gün biz ticarət və iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası çərçivə sazişini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi imzaladıq. Biz şirkətləri tərəfdaşlıq ehtiyacları, maliyyələşmə yanaşması və hədəf bazarları daxil olmaqla, konkret layihə təkliflərini bölüşməyə dəvət edirik. İqtisadiyyat Nazirliyi Kamboca Krallığının Ticarət Nazirliyi ilə birlikdə müqavilələrin asanlaşdırılması, investisiya imkanları haqqında məlumat mübadiləsi və sektor üzrə xüsusi izləmə tədbirlərinin təşkili vasitəsilə bu prosesi dəstəkləyə bilər. Məqsədimiz hər iki ölkəmiz üçün qalıcı dəyər yaradan və dostluğa töhfə verən iqtisadi münasibətlərdir. Azərbaycan və Kamboca xəritədə bir-birindən uzaqda yerləşir, lakin müasir iqtisadiyyatda məsafələr kilometrlərlə deyil, işgüzar əlaqələrin gücü ilə ölçülür.
Mənbə
oxu.az