İqtisadiyyat
Azərbaycanda bir çox məhsulların qiyməti artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz artıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6.9 faiz, qeyri-qida məhsulları 3.7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5.5 faiz bahalaşıb.
Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayı ilə müqayisədə 0.9 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5.5 faiz artıb. Sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1.4 faiz, ötən ilin eyni ayına nisbətən isə 6.9 faiz yüksəlib.

Mənbə
oxu.az