Dünya

Məşhur ekstrasens Anatoli Kaşpirovskinin son arzusu yerinə yetirildi

12 Oct 2026, 14:48 3 baxış
Məşhur ekstrasens Anatoli Kaşpirovskinin son arzusu yerinə yetirildi
Sovet və Rusiya psixoterapevti Anatoli Mixayloviç Kaşpirovskinin cənazəsi Türkiyə və Polşa vasitəsilə Ukraynaya göndəriləcək. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə teleaparıcının yaxın qohumu Yuri Mamayev məlumat verib. Onun sözlərinə görə, tabut artıq İstanbuldakı terminaldadır və bu gün gecə saatlarında Varşavaya çatacaq. "Tabut hazırda İstanbuldakı terminaldadır. Bu gecə Varşavaya çatacağı gözlənilir. Daha sonra tabut dəmir yolu ilə Kiyevə, oradan isə Vinnitsaya aparılacaq", - deyə Mamayev qeyd edib. Xatırladaq ki, psixoterapevt və ekstrasens Anatoli Kaşpirovskinin ölümünə səbəb kəskin ürək çatışmazlığı olub. Onunla vida mərasimi oktyabrın 8-də Troyekurovskoye qəbiristanlığında baş tutub, mərasimdən sonra cənazəni aparıblar və heç kim Kaşpirovskinin məzarını görməyib. Qeyd edilir ki, onun son arzusu Ukraynada dəfn olunmaq idi və ailəsi bu arzunu yerinə yetirməyə qərar verib. Vinnitsa şəhərində Anatoli Mixayloviçin anası dəfn olunub. 2018-ci ildə o, faciəli şəkildə həlak olan qızı Yelenanın cəsədini də ora aparıb. İndi özünün məzarı da onların yanında olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər