Digər
Pakistanda təyyarə qəzaya uğradı: 2 pilot həlak oldu
Pakistanın Kvetta şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, Pakistan Ordu Aviasiyasına məxsus “Muşşak” təlim təyyarəsi günorta saatlarında Navan Killi ərazisində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan mayor və kapitan rütbəli iki pilot şəhid olub.
Mənbə
axar.az