Siyasət
İrandan Azərbaycana qarşı çirkin təxribat: "Dövlətimiz nə lazımdırsa, edir, edəcək" - Video
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan gərginlik və bəzi xarici qüvvələrin ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri Baku TV-nin "Aktual gündəm" verilişində müzakirə olunub. Verilişin qonağı - Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblərdə baş verən hadisələrin siyasiləşdirilməsinə cəhd göstərilir. Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə insanları qarşıdurmaya sövq edən çağırışlar edilir. Millət vəkili xüsusilə İrandakı müəyyən dairələrin Azərbaycandakı proseslərə müdaxilə etməyə çalışdığını iddia edib. Ceyhun Məmmədov xaricdən Azərbaycana qarşı informasiya təxribatlarının aparıldığını da vurğulayıb. O, vətəndaşları təxribatlara uymamağa və ölkədə sabitliyin qorunmasına çağırıb. "Bütün vətəndaşlarımız təmkinli, səbirli olmalıdır. Hamı təxribatdan qaçmalıdır. Dövlətimiz nə lazımdırsa, edir, edəcək", - deyə deputat bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər